Hülya Avşarın qızı iş adamı ilə ailə qurur

17 Aprel 2026 18:42

Türkiyəli müğənni, aktrisa Hülya Avşarın qızı Zəhra Çilingiroğlu ailə qurur.

Milli.Az xəbər verir ki, sənətçinin övladı dörd ildir sevgili olduğu iş adamı Mürsəl Kayadan evlilik təklifi alıb. O, "hə" cavabını verib.

Qeyd edək ki, Zəhra Hülyanın keçmiş həyat yoldaşı Kaya Çilingiroğludan olan övladıdır. Mürsəl AK Partiyasının Vilayət İcra Heyətinin üzvüdür. (Axşam.az)

Milli.Az