Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas heyətdən çıxardı

17 Aprel 2026 18:30

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sərt qərar verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Abbas Hüseynov, eləcə də əsas heyətin üzvü Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərib. 

Etibarlı mənbə saytımıza bildirib ki, buna səbəb hər iki futbolçunun nizam-intizam qaydalarını pozması səbəb olub.

Bu qərar Misli Premyer Liqasının 27-cı turunun "Şamaxı" - "Qarabağ" oyunundan sonra qəbul edilib.

Milli.Az