Bakıda möhtəşəm buz şousu keçiriləcək - “Moskva Buz Sirki” Circus Sea Breeze-də

17 Aprel 2026 17:05

Bakıda yay mövsümünün ən möhtəşəm və yadda qalan hadisələrindən biri старт götürür - Circus Sea Breeze arenasında sirk sənəti ilə buz səhnəsinin sehrini birləşdirən beynəlxalq səviyyəli "Moskva Buz Sirki" şousu təqdim olunacaq.

30 maydan 30 avqustadək ilk dəfə olaraq Circus Sea Breeze arenası unikal buz məkanına çevriləcək və tamaşaçılara dünya səviyyəli səhnə quruluşu təqdim ediləcək.

Proqramda beynəlxalq səviyyəli artistlər çıxış edəcək: tanınmış akrobatlar, peşəkar hava gimnastları və sirk sənətinin ustaları. Tamaşaçılar buz üzərində mürəkkəb tryuklar, qübbə altında nəfəs kəsən uçuşlar, ideal sinxronluq və dinamik səhnə həlli ilə yadda qalan möhtəşəm şounun şahidi olacaqlar.

Şounun vizual tərtibatına xüsusi diqqət yetirilib: dizayner kostyumlar, müasir işıq effektləri və peşəkar səhnə quruluşu hər çıxışı əsl teatr tamaşasına çevirir.

Buz şousu şimal təbiətinin estetik gözəlliyindən ilhamlanaraq tamaşaçıları hərəkət, işıq və emosiyalarla dolu fərqli bir dünyaya aparır və Xəzər sahilində yay mövsümünə unikal ab-hava qatır.

"Moskva Buz Sirki" sadəcə sirk proqramı deyil - bu, mövsümün əsas mədəni hadisələrindən biri olmaqla Bakıda yay əyləncələrinin səviyyəsini yeni mərhələyə qaldırır.

Şou məhdud müddət ərzində - 30 maydan 30 avqustadək - yalnız Circus Sea Breeze arenasında təqdim olunacaq.

Biletləri şəhərin bütün kassalarından və iTicket.az saytından əldə edə bilərsiniz:

https://iticket.az/en/events/circus/moscow-ice-circus

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az