"Hazırkı şəraitdə qlobal internetə çıxışın bərpası dövlət maraqları ilə uyğun gəlmir."
Milli.Az xəbər verir ki, bu fikri "Iran International" nəşrinə açıqlamasında iranlı deputat Fəzlullah Rəncbər səsləndirib. Bununla yanaşı, o, hökuməti həm sahibkarların, həm də adi vətəndaşların üzləşdiyi maliyyə zərərlərinin kompensasiya edilməsinə çağırıb.
Parlamentin sosial komitəsinin üzvü olan deputat bildirib ki, vətəndaşlara ödəniləcək təzminatlar Hörmüz boğazından əldə olunan gəlirlər, dondurulmuş vəsaitlərin azad edilməsi və ticarət əlaqələrinin genişləndirilməsi hesabına təmin oluna bilər.
O, həmçinin vurğulayıb ki, mövcud mərhələdə internetə çıxışın yenidən açılması ölkənin maraqlarına uyğun deyil və bu addımı dəstəkləmir.
Asya
Milli.Az