Ad günü olan müğənni efirdə PƏRT OLDU - VİDEO

17 Aprel 2026 16:42

Müğənni Ayaz Babayev efirdə yaşadığı maraqlı anlarla gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi qatıldığı verilişdə doğum gününü qeyd edib. Proqramın sonunda studiyaya onun üçün xüsusi ad günü tortu gətirilib. Ayaz Babayev həmkarı Hiss ilə birlikdə tortu kəsməyə çalışsa da, maraqlı vəziyyət yaranıb.

Onlar nə qədər cəhd etsələr də tortu kəsə bilməyiblər. Bir müddət sonra isə məlum olub ki, təqdim edilən tort əslində saxta maket imiş.

Bu gözlənilməz hadisə efirdə gülüş doğursa da, sənətçi üçün bir qədər arzuolunmaz vəziyyət yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda müzakirələrə səbəb olub. İzləyicilər bu hadisəni uğursuz hal kimi dəyərləndiriblər.

Hüseyn
Milli.Az