Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Dumlupınar Orta Məktəbində valideyn olduğu iddia edilən şəxs müəllimə bıçaqla hücum etməyə cəhd edib.
Milli.Az xəbər verir ki, hadisə məktəbdə növbətçi olan polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində son anda qarşısı alınıb. Hücumçu zərərsizləşdirilərək saxlanılıb və polis bölməsinə aparılıb.
Rəsmi məlumatlara görə, insident zamanı heç kim xəsarət almayıb. Şanlıurfa valisi Həsən Şıldak hadisə ilə bağlı açıqlamasında vəziyyətin nəzarət altına alındığını bildirib.
Qeyd edilib ki, hücum edən şəxs özünü şagirdin valideyni kimi təqdim edib və şübhəli davranışlar sərgiləyib. Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Fidan
Milli.Az