Türkiyənin məşhur aktrisası Beren Saat qatıldığı tədbirdə geyimi ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, aktrisa müğənni həyat yoldaşı Kenan Doğulu ilə birlikdə iştirak etdiyi gecədə seçdiyi transparan libası ilə obyektivlərin qarşısına keçib. Onun cəsarətli və zövqlü obrazı tədbir iştirakçılarının və sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Qısa zamanda yayılan görüntülər internetdə geniş müzakirələr yaradıb. Bəzi istifadəçilər aktrisanın stilini və özünəinamını yüksək qiymətləndirsə də, digərləri geyimi daha tənqidi yanaşma ilə dəyərləndiriblər.
Beren Saatın bu seçimi bir daha onun dəb baxımından fərqli və diqqətçəkən obrazlar yaratmağı sevdiyini nümayiş etdirib.
Musa
Milli.Az