Forma ilə gələn müştərilərə “Qarabağ”dan JEST

17 Aprel 2026 13:17

"Qarabağ" Misli Premyer Liqasının 28-ci turunda "Sabah"a qarşı keçiriləcək matçdan öncə azarkeşlərə müraciət edib. 

Milli.Az xəbər verir ki, müraciətdə stadiona girişin yalnız biletlə mümkün olacağı bildirilib. 

"Stadiona giriş yalnız biletlə mümkündür. "Sabah" ilə oyunumuzda komandamıza dəstək olmaq istəyən bütün azarkeşlərimizin nəzərinə çatdırırıq ki, stadiona giriş yalnız biletlə həyata keçiriləcək. 

Xanım azarkeşlərimiz, "Qarabağ" forması ilə stadiona gələcək və kampaniyadan yararlanmaq istəyən azarkeşlərimiz də daxil olmaqla hər kəs bileti öncədən əldə etməlidir.

Yəni:  Forma ilə gələn azarkeşlərə bilet hədiyyə olunur, amma bilet mütləq əvvəlcədən götürülməlidir. Xanım azarkeşlər üçün giriş pulsuzdur, lakin bilet əldə etmək vacibdir.

Biletləri 17, 18 aprel tarixlərində Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopumuzdan əldə edə bilərsiniz".

Milli.Az