Tez-tez protağal yeyın - Faydaları saymaqla bitmir

18 Aprel 2026 03:03

Düzgün miqdarda istehlak edildikdə portağal həm ürək, həm də beyin sağlamlığı üçün mühüm rol oynayır.

Milli.Az xəbər verir ki, portağalın tərkibindəki antioksidantlar damar sağlamlığını qorumaqda mühüm əhəmiyyət daşıyır.

Qeyd olunur ki, portağal suyunun qan şəkərini sürətlə artırması əsasən onun qəbul forması ilə bağlıdır. Belə ki, bir dəfəyə 3-4 portağal yemək çətin olsa da, şirə hazırlanarkən bu qədər meyvə istifadə olunur və qısa müddətdə qəbul edildikdə qan şəkəri daha tez yüksəlir. Üstəlik, şirə hazırlanarkən meyvənin liflə zəngin hissəsi itir.

Bu səbəbdən meyvənin özünün yeyilməsi daha sağlam hesab edilir. Bununla yanaşı, zəruri hallarda təzə sıxılmış portağal şirəsinin paketlənmiş məhsullardan daha faydalı olduğu vurğulanır. Araşdırmalar göstərir ki, həftədə bir neçə dəfə təxminən 300 ml təzə portağal şirəsi istehlakı ürək və beyin sağlamlığına müsbət təsir edə bilər.

Portağalda olan flavonoidlər və antioksidantlar orqanizmdə iltihabı azaldaraq infarkt riskini aşağı sala, eyni zamanda insult və bəzi neyrodegenerativ xəstəliklərin qarşısının alınmasına kömək edə bilər.

Bundan əlavə, portağalın lif tərkibi bağırsaq sağlamlığını dəstəkləyir. Sağlam bağırsaq mikrobiotası isə vitamin və faydalı maddələrin mənimsənilməsində mühüm rol oynayır.

Mina Mikayılova
Milli.Az