Bakıdan Kürdəmirə qatarlar neçə saata ÇATACAQ?

17 Aprel 2026 12:43

Əvvəllər Kürdəmir stansiyasına qatarlar 3 saat 11 dəqiqəyə çatırdı, hazırda isə bu məsafə 2 saat 11 dəqiqəyə qət edilir.

Milli.Az xəbər verir ki, bu fikirləri Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

ADY rəsmisi bildirib ki, gündəlik olaraq sərnişinlər Bakı-Qazax-Bakı və Bakı-Balakən-Bakı qatarları ilə Kürdəmirə sərnişinlər səyahət edə biləcəklər.

Milli.Az