Arif Heydərovun 100 illiyinə həsr olunmuş film nümayiş olunacaq - VİDEO

17 Aprel 2026 12:30

18 aprel saat 13:00-da "Mədəniyyət" kanalında general Arif Heydərovun 100 illiyinə həsr olunmuş "Əlavə iz" filmi nümayiş olunacaq.

Milli.Az xəbər verir ki, Arif Heydərovun ssenarisi əsasında çəkilən film gənc bir qızın qətlinin araşdırılması ətrafında cərəyan edir. İstintaq prosesində hadisələrin dərinləşməsi ilə cinayət işinin arxasında gizlənən insan taleləri və faciəvi həqiqətlər üzə çıxır.

Ekran işi müəllifinin vəfatından sonra tamaşaçılara təqdim edilib və bu gün Azərbaycan kinematoqrafiyasının mühüm nümunələrindən biri kimi yadda qalır.

Film qanun və ədalətə ömrünü həsr etmiş Arif Heydərovun xatirəsinə ehtiram olaraq yenidən efirə çıxarılır.

Milli.Az