Rıza Tamer vəfat etdi - FOTO

17 Aprel 2026 12:07

Türkiyəli müğənni Rıza Tamer vəfat edib.

Milli.Az xəbər verir ki, 2000-ci illərin əvvəllərində Türkiyənin ən çox izlənilən musiqi yarışmalarından biri olan "Popstar"da iştirak edərək məşhurlaşan müğənni Rıza Tamer vəfat edib.

Yuxuda nəfəs çatışmazlığı yaşayan Tamer təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Beyninə kifayət qədər oksigen getmədiyi müəyyən edilib:

"Onun ölüm xəbərini 10 dəqiqə əvvəl aldım. Şokdayam", - müğənninin meneceri bildirib.

Qeyd edək ki, müğənni Azərbaycanda konsertini ləğv etməsi səbəbilə qalmaqalla yadda qalıb. Bakıdakı restoranlardan birində səhnəyə çıxmalı olan R.Tamer bundan imtina etmişdi. Səhnəyə çıxmamasına səbəb kimi Azərbaycanda Türkiyə lirəsindən istifadə edə bilməməsini göstərmişdi.

Fidan
Milli.Az