“Çelsi” 57 milyonluq ulduz transfer edir

17 Aprel 2026 13:50

"Çelsi" yay transfer pəncərəsi üçün heyətini gücləndirmək planlarını davam etdirir. London klubu "Bornmut"un mərkəz yarımmüdafiəçisi Aleks Skottun xidmətində maraqlıdır.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "albalılar" 22 yaşlı futbolçu üçün 50 milyon funt sterlinqdən (təxminən 114 milyon AZN) çox təzminat tələb edirlər. Digər klubların da dövriyyəyə girməsi halında bu məbləğin daha da artacağı gözlənilir. "Zadəganlar"ın Skottu israrla istəməsinin əsas səbəbi Entso Fernandesin yayda komandadan ayrılma ehtimalının yüksək olmasıdır.

Cari mövsümdə Aleks Skott bütün turnirlərdə 34 matçda iştirak edib, dörd qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Milli.Az