"Kuruluş Orhan" və "A.B.İ" izləyicilərinə pis xəbər

16 Aprel 2026 22:20

Türkiyədə yayımlanan "Kuruluş Orhan" və "A.B.İ" serialları növbəti həftə yayımlanmayacaq.

Milli.Az xəbər verir ki, buna səbəb çərşənbə axşamı Konyaspor - Fənərbaxça, çərşənbə günü isə Qalatasaray - Gençlerbirliği matçlarının olmasıdır.

Qeyd edək ki, "Kuruluş Orhan" serialı bu həftə Kahramanmaraşdakı faciə səbəbindən izləyicilərə təqdim edilməmişdi.

Milli.Az