10 nəfəri öldürən İsanın poliqondakı görüntüləri - VİDEO

16 Aprel 2026 19:20

Ötən gün Türkiyənin Kahramanmaraş şəhərində təhsil aldığı məktəbdə silahlı insident törədən 14 yaşlı İsa Aras Mersinlinin yeni görüntüləri yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  kadrların 13 aprel 2026-cı il tarixində çəkildiyi bildirilir.

Qeyd edək ki, silahlı hücum nəticəsində biri müəllim, 9-u şagird olmaqla 10 nəfər ölüb. Daha əvvəl məktəblinin atası Uğur Mersinli oğlunun silaha marağı barədə xəbərdar olduğunu, buna görə onu özü ilə poliqona belə apardığını açıqlamışdı. 

Milli.Az