Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.
Milli.Az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.
Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.
20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır. (APA)
Milli.Az