Azərbaycan milli komandası Tbilisinin ev sahibliyi etdiyi cüdo üzrə Avropa çempionatında ilk medal sevincini yaşayıb.
Milli.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində tatamiyə çıxan təmsilçimiz Əhməd Yusifov çempionatı bürünc mükafatla başa vurub.
Cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə qalxmaq uğrunda həlledici görüşdə digər təmsilçimiz, komanda yoldaşı Balabəy Ağayevə qalib gəlib.
Məlumat üçün bildirək ki, qitə birinciliyinin həyəcanı aprelin 19-da yekunlaşacaq.
Milli.Az