Vüsalənin səhhətində problem yarandı

16 Aprel 2026 14:15

Aparıcı Vüsalə Əlizadə səhhəti ilə bağlı narahatlıq yaşadığını açıqlayıb.

Milli.Az-ın məlumatına görə, o, sosial şəbəkədə paylaşdığı videoda qəfil özünü pis hiss etdiyini bildirib. Aparıcının sözlərinə görə, təzyiqinin yüksəlməsi səbəbindən planlaşdırılan canlı yayımda iştirak edə bilməyib.

Vüsalə Əlizadə daha sonra vəziyyətinin stabilləşdiyini və artıq efirə geri döndüyünü də qeyd edib.

Xatırladaq ki, aparıcı daha əvvəl iki dəfə böyrək transplantasiyası əməliyyatı keçirib.

Hüseyn
Milli.Az