Musiala Çempionlar Liqasında tarix yazdı

16 Aprel 2026 13:51

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Camal Musiala Çempionlar Liqasının tarixinə düşüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, futbolçu 23 yaş 48 günündə Avropanın ən nüfuzlu klub turnirində 50-ci oyununu keçirib.

Beləliklə, Musiala bu həddə çatan ən gənc alman futbolçu olub və 2013-cü ildə Tomas Müller tərəfindən müəyyənləşdirilən əvvəlki rekordu geridə qoyub.

Yubiley matçı 1/4 final mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin oyunda "Bavariya" "Real" üzərində 4:3 hesablı qələbə qazanaraq turnirin yarımfinalına yüksəlib.

2025/2026 mövsümünün Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdəki "Puşkaş Arena" stadionunda keçiriləcək. Turnirin hazırkı qalibi PSJ-dir.

Milli.Az