Fransada dünyaca məşhur "Fort Boyard" qalasının bərpasına başlanılır.
Milli.Az xəbər verir ki, Atlantik okeanında yerləşən və eyniadlı televiziya şousu ilə tanınan qala "İrs lotereyası" proqramına daxil edilib. Layihənin məqsədi tarixi abidənin yenidən bərpa olunmasıdır.
Son illərdə tez-tez baş verən güclü fırtınalar qalaya ciddi ziyan vurub və onun vəziyyəti pisləşib. Buna görə də bərpa işlərinin aparılması zəruri hesab edilib.
Proqram çərçivəsində təxminən 500 min avro vəsaitin ayrılması nəzərdə tutulur. Bu məbləğ qala strukturlarının möhkəmləndirilməsi və zədələnmiş hissələrin bərpasına sərf olunacaq.
Milli.Az