Azərbaycanda 1 yaşlı körpə ÖLDÜ - YENİLƏNİB

16 Aprel 2026 13:41

Gədəbəydə ötən gün 2025-ci il təvəllüdlü körpə hərarət, təngənəfəslik və digər şikayətlərlə ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona bronxlarda yaranan irinli ifrazat, qıcolma və asfiksiya diaqnozu təyin edilib.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 03:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

Milli.Az

_________

Gədəbəydə körpə qızdırmadan ölüb.

Milli.Az xəbər verir ki, aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Milli.Az