Bu yolda qaya uçqunu OLDU: Hərəkət dayandı

16 Aprel 2026 09:45

İntensiv yağışlar nəticəsində Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya parçaları yolun mərkəzi hissəsinə tökülüb. 

Milli.Az xəbər verir ki, hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, nəticədə, yolun müəyyən hissəsində gediş-gəliş məhdudlaşdırılıb. İlkin məlumata görə, qaya parçaları qaz xəttini də sıradan çıxarıb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. 

Hazırda qaya parçaları dağıdılaraq ərazidən yığışdırılır.

Milli.Az