Hüseyndən keçmiş xanımına ATMACA: "Onunla yox, bununla HƏ" - VİDEO

16 Aprel 2026 13:29

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu etirafı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi keçmiş həyat yoldaşına atmaca atması ilə diqqət çəkib. O, aktyor Kamran Ağabalayevin sualına paylaşımının şərh bölməsində verdiyi cavabla müzakirələr yaradıb.

Belə ki, Məhəmmədoğlu "Onunla tanış olduğum günə yox, bununla hə" sözləri ilə diqqət çəkib. İfaçının bu fikirləri onun ikinci evliliyinə işarə olub.

Sənətçi bununla hazırkı həyat yoldaşı müğənni və aktrisa Aysel İbrahimova ilə xoşbəxt olduğunu vurğulayaraq sevgisini etiraf edib.

Onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi sənətçiyə dəstək versə də, digər qisim bu cür açıqlamanı birmənalı qarşılamayıb.

Musa
Milli.Az