Türkiyədə 9 nəfəri öldürən şagirdin görüntüsü - VİDEO

15 Aprel 2026 22:42

Türkiyənin Qəhrəmanmaraş bölgəsində orta məktəbə hücum edərək 9 nəfəri öldürən, 13 nəfəri yaralayan və sonda qəsd edən 14 yaşlı İsa Aras Mersinlinin hadisədən bir müddət əvvəl çəkilmiş videosu yayılıb. Sinif yoldaşları tərəfindən dərs zamanı qeydə alınan bu görüntülərdə hücumçunun qəribə davranışları əks olunur.

Milli.Az xəbər verir ki, görüntülərdə Mersinlinin dərs zamanı sinif otağında biixtiyar fırlandığı və ətrafındakıları narahat edən qəribə hərəkətlər etdiyi görünür.

Mütəxəssislər bu cür "balanssız" davranışların gələcəkdə baş verə biləcək şiddət meyillərinin ilkin siqnalları ola biləcəyini qeyd edirlər.

İstintaq qrupu həm bu videoları, həm də ailə daxili münasibətləri araşdıraraq, 14 yaşlı yeniyetməni bu qanlı cinayətə sövq edən səbəbləri tam şəkildə üzə çıxarmağa çalışır.

Lalə Qüdrətova
Milli.Az