Britaniya Baş naziri Trampın təzyiqlərinə boyun əyməyəcək

15 Aprel 2026 20:31

İranla müharibəyə qoşulmaq üçün ABŞ Prezidentinin təzyiqlərinə boyun əyməyəcəm.

Milli.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer parlamentdə çıxışı zamanı bildirib.

"Mən fikrimi dəyişməyəcəm, təzyiqlərə boyun əyməyəcəm. Bu müharibəyə qoşulmaq milli maraqlarımıza uyğun deyil və biz bunu etməyəcəyik", - Baş nazir Donald Trampın ABŞ-ın Britaniyadan kömək istədiyi zaman onların yanında olmaması haqda sözlərinə cavab olaraq qeyd edib.

Milli.Az