Bakının 2 rayonunda qaz kəsiləcək

15 Aprel 2026 18:38

Sabah bəzi ərazilərdə qazın verilişində fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə sabah saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə "MİDA" yaşayış kompleksinin və "Sahil" yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Milli.Az