Əllərdə keyimə niyə yaranır?

16 Aprel 2026 05:05

Ofis işində uzun müddət eyni vəziyyətdə işləmək bir çox insan üçün sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə kompüter qarşısında saatlarla oturmaq və əlin davamlı olaraq siçan üzərində qalması barmaqlarda keyimə və uyuşmaya səbəb olur.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu hal əsasən qan dövranının zəifləməsi və sinirlərə təzyiqin artması ilə bağlıdır. Gün ərzində əlin eyni mövqedə qalması bilək nahiyəsində sıxılma yaradır ki, bu da barmaqlarda keyimə, iynələnmə hissi və zəiflik kimi əlamətlərlə özünü göstərir.

Həkimlər qeyd edir ki, belə halların qarşısını almaq üçün hər 40-60 dəqiqədən bir qısa fasilə vermək, əlləri hərəkət etdirmək və sadə məşqlər etmək vacibdir. Eyni zamanda, biləyi dəstəkləyən mouse pad istifadə etmək və düzgün oturuş qaydasına əməl etmək tövsiyə olunur.

Qeyd olunur ki, bu əlamətlər uzun müddət davam edərsə, bu, sinir sıxılması kimi daha ciddi problemlərin göstəricisi ola bilər və mütləq həkimə müraciət edilməlidir. 

Asya
Milli.Az