Oturaq işlə məşğul olanların sağlamlığı təhlükədədir

16 Aprel 2026 04:04

Oturaq həyat tərzi ilə çalışan insanlar üçün sağlamlığın qorunması mühüm məsələ olaraq qalır. Mütəxəssislər bildirirlər ki, uzun müddət hərəkətsiz qalmaq həm onurğa problemlərinə, həm də ümumi fiziki zəifliyə səbəb ola bilər. Buna görə də gün ərzində qısa fasilələr vermək, ayağa qalxaraq hərəkət etmək tövsiyə olunur.

Milli.Az xəbər verir ki,həkimlərin sözlərinə görə, hər 40-60 dəqiqədən bir yerimək, sadə fiziki hərəkətlər etmək qan dövranını yaxşılaşdırır və yorğunluğun qarşısını alır. Eyni zamanda düzgün oturuş qaydasına riayət etmək, bel və boyun nahiyəsini dəstəkləyən kreslolardan istifadə etmək vacibdir.

Bununla yanaşı, sağlam qidalanma və kifayət qədər su qəbulu da oturaq həyat tərzinin mənfi təsirlərini azaltmağa kömək edir. Mütəxəssislər gün ərzində yüngül idman hərəkətləri etməyi və açıq havada gəzməyi də tövsiyə edirlər.

Qeyd olunur ki, bu sadə qaydalara əməl etməklə oturaq iş rejiminin yaratdığı sağlamlıq risklərini minimuma endirmək mümkündür. 

Aysel
Milli.Az