Meteohəssas insanlar üçün xəbərdarlıq - Maqnit dalğalanmaları gözlənilir

15 Aprel 2026 16:03

Günəş səthində yaranan tac dəliyi səbəbindən aprelin 18-19-da Yer kürəsinin maqnit sahəsində müəyyən dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılır.

Milli.Az xəbər verir ki, mütəxəssislərin açıqlamasına görə, bu günlərdə xüsusilə meteohəssas insanlar özlərini narahat hiss edə bilərlər.

Məlumatı Rusiya Elmlər Akademiyasından olan elmi qurumlar yayıb. Bildirilib ki, qısa müddətli dalğalanmalar gözlənilsə də, ümumi kosmik şərait sabit olaraq qalır və ciddi təhlükə nəzərdə tutulmur. 

Asya
Milli.Az