Bakıda 2 yaşlı uşaq faciəvi şəkildə ÖLDÜ

15 Aprel 2026 13:49

Bakıda 2 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub.

Milli.Az xəbər verir ki, hadisə aprelin 13-ü saat 22 radələrində Sabunçu rayonunda baş verib.

2024-cü il təvəllüdlü Bünyamin Rasim oğlu Əliyev yaşadığı M.Ə.Sabir küçəsindəki evdə boğazında qida qalması nəticəsində boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az