Nərimanovda polis gənc qızı ölümdən belə XİLAS ETDİ - VİDEO

15 Aprel 2026 13:29

Bakının Nərimanov rayonu ərazisində intihara cəhd hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, hadisə Mövsüm Sənani küçəsi 153 ünvanında baş verib. İlkin məlumata görə, gənc qız həyatını sonlandırmaq istəyib.

Əraziyə cəlb olunan polis əməkdaşları operativ müdaxilə edərək gənclə söhbət aparıb və onu bu fikrindən daşındıra biliblər. Nəticədə, vətəndaşın həyatı xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az