“Real Madrid”in əfsanəvi futbolçusu vəfat edib

15 Aprel 2026 13:20

Dördqat Avropa Çempionlar Kubokunun (indiki UEFA Çempionlar Liqası) qalibi, Madrid "Real Madrid" klubunun keçmiş müdafiəçisi Xose Santamariya 96 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Rəsmi açıqlamada futbolçunun ölüm səbəbi qeyd olunmayıb. Klub prezidenti Florentino Pérez bildirib ki, Santamariya komandanın ən böyük simvollarından biri kimi yaddaşlarda qalacaq.

"Real Madrid ilə birlikdə Alfredo Di Stefano, Ferents Puşkaş, Pakо Xento və Raymond Kopa kimi əfsanələrlə bu komanda klubun əfsanəsini formalaşdırmağa başlayıb. Santamariya klubun dəyərlərini hər zaman təcəssüm etdirib və həyatının son anına qədər "Real Madrid" onun əsas sevgisi olub," - deyə o qeyd edib.

Ayxan
Milli.Az