AAYDA-da iki yüksək vəzifəli şəxs işdən azad olundu

15 Aprel 2026 12:36

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki yüksək vəzifəli şəxs işdən azad olunub.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Cəfərov Elşən Ayaz oğlu Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Quliyev Cavanşir Cavad oğlu isə İşlər və komplektləşdirmə idarəsinin rəisi vəzifəsindən azad olunub.

Bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmrlər imzalayıb.

Onların yerinə isə yeni təyinatlar olmayıb. /İqtisadiyyat.az

Mehman Əsədov
Milli.Az