Braziliya prezidenti Ançelotti ilə Neymardan DANIŞIB

15 Aprel 2026 13:00

Braziliya prezidenti Luis İnasiu Lula da Silva ölkənin futbol üzrə milli komandasının baş məşqçisi Karlo Ançelotti ilə görüş keçirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  tərəflər 2026-cı il dünya çempionatı öncəsi ulduz hücumçu Neymarın milliyə mümkün dəvətini müzakirə ediblər.

"Ünsiyyət zamanı Ançelotti məndən soruşdu ki, Neymarı Braziliya yığmasına çağırmalıdırmı. Mən isə cavab verdim: "Əgər hazırda komanda üçün oynamağa tam hazırdırsa, onu dəvət etmək olar", - deyə prezident bildirib.

Qeyd edək ki, Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelottinin "Santos"un ulduz hücumçusu Neymarı 2026-cı il dünya çempionatına aparmaq planı yoxdur.

Milli.Az