Ramil Nabran efirdə AĞLADI - VİDEO

15 Aprel 2026 13:41

Proqramda qonaq olan reper Ramil Nabran kövrək anları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Azərbaycan rep səhnəsinin sevilən simalarından olan ifaçı veriliş zamanı həyatında yaşadığı çətinliklərdən söz açıb. Səmimi etirafları ilə yadda qalan R.Nabran xüsusilə mərhum həmkarı və yaxın dostu haqqında danışarkən duyğularına hakim ola bilməyib.

Reperin efirdə göz yaşlarını saxlaya bilməməsi studiyada emosional anların yaşanmasına səbəb olub. Onun bu çıxışı izləyicilər tərəfindən də həssaslıqla qarşılanıb və sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Musa
Milli.Az