Sürət həddi bərpa EDİLDİ

15 Aprel 2026 09:26

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Milli.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, dünən axşam saatlarında hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.

Milli.Az