Selahattin xanımına kiminlə xəyanət edir?

14 Aprel 2026 22:33

Türkiyəli aktyor Selahattin Paşalı yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, həyat yoldaşı Lara Paşalı ilə boşanma ərəfəsində olduğu iddia edilən aktyorun bu dəfə adı həmkarı Hafsanur Sancaktutan ilə hallandırılıb. Onların bir müddətdir münasibətdə olduğu, Selahattinin həyat yoldaşına aktrisa ilə xəyanət etdiyi iddia olunur.

Qeyd edək ki, aktyorun bundan əvvəl "Masumiyet müzesi" layihəsində tərəf müqabili olan Eylül Lize Kandemir ilə də adı hallanmışdı. O, həmçinin Hafsanurla "Kıskanmak" serialında baş rolları canlandırır.

Xatırladaq ki, Hafsanurun Türkiyədə məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində test nəticəsi müsbət çıxıb. (Axşam.az)

Milli.Az