Müğənni biabırçı geyimdə səhnəyə çıxdı - VİDEO

19 Aprel 2026 13:26

Sosial şəbəkələrdə yayılan görüntülər növbəti müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, müğənni konsert zamanı səhnəyə iddialı və açıq-saçıq geyimdə çıxıb. İfaçının şəffaf bodi (transparent bodysuit) tərzində seçdiyi səhnə obrazı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qısa müddətdə viral olan görüntülər sosial mediada geniş müzakirələr yaradıb. Bəzi istifadəçilər sənətçinin səhnə imicini müasir və cəsarətli hesab edərək dəstəkləsə də, digərləri bu seçimi "biabırçı" və "yolverilməz" kimi qiymətləndiriblər.

Mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilir və ifaçının bu şousu gündəmdə qalmaqda davam edir.

Musa
Milli.Az