36 yaşlı kişi itkin düşdü

14 Aprel 2026 20:20

Zaqatalada 36 yaşlı kişi itkin düşüb. 

Milli.Az xəbər verir ki, Paşan kənd sakini, 1990-cı il təvəllüdlü Zaurbek Şaban oğlu Məmmədov bu gün səhər Zaqatala şəhəri ərazisində itkin düşüb. 

Onun əqli qüsurlu olduğu, danışa bilmədiyi deyilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxsin tapılması istiqamətində tədbirlər görülür. (lent.az)

Milli.Az