Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14 Aprel 2026 18:48

İlin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10 milyon 266 min 627 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.

Milli.Az