“Ronaldinyo mənim üçün futbolun tanrısı idi”

14 Aprel 2026 17:20

Vaxtı ikən qısa müddət "Barselona"da çıxış etmiş, hazırda baş məşqçi kimi fəaliyyət göstərən Giliermo Abaskal Ronaldinyo barədə xatirələrini bölüşüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Giliermo Abaskal "Barselona" - "Sevilya" matçında braziliyalının ilk oyununu izlədiyini və 35 metrdən vurduğu qoldan heyrətə gəldiyini bildirib.

"Barselona" - "Sevilya" matçını xatırlayıram, bu, Ronaldinyonun ilk oyunu idi. O, 35 metrdən qol vurdu - mən stadionda idim və düşünürdüm: bu yuxudur? Mənim üçün o, futbolun tanrısı idi" - deyə o bildirib.

Abaskal Ronaldinyonun texnikasının onu daim təəccübləndirdiyini və meydanda əsl sehr göstərdiyini qeyd edib.

Milli.Az