İngiltərənin "Şeffild Yunayted" klubunun futbolçusu Oliver Arblaster baş məşqçisi Kris Uaylderə nəvə bəxş etməyə hazırlaşır.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, mütəxəssisin qızı bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, uzun müddətdir komandanın yarımmüdafiəçisi ilə sevgi münasibətində olduğunu bildirib.
Bu mövsüm hələlik qol hesabını açmayan ingiltərəli oyunçu, görünür, heç olmasa bu xəbərlə məşqçisini sevindirməyi bacarıb.
Milli.Az