Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konsert proqramı böyük uğurla təqdim olundu - FOTO

14 Aprel 2026 15:02

Dirijor Anar Bramonun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konsert proqramı böyük uğurla təqdim olundu.

Konsert proqramı J.Brahms-ın "Akademik bayram" uvertürası ilə açıldı. Daha sonra səhnəyə dəvət olunan tanınmış violonçel ifaçısı, Əməkdar artist Aleksey Miltıx R.Schumann-ın violonçel və orkestr üçün a-moll konsertini (op.129) böyük ustalıqla ifa edərək dinləyicilərin rəğbətini qazandı.

Gecənin ikinci hissəsində isə A.Dvořák-ın 8 saylı simfoniyası (G-dur, op.88) səsləndirildi. Orkestrin peşəkar ifası və dirijorun dəqiq interpretasiyası əsərin emosional zənginliyini dolğun şəkildə musiqisevərlərə çatdırdı.

Konsert proqramı gur alqışlarla başa çatdı və yüksək sənət zövqü bəxş etdi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az