Kuryer çağıran qadın görün ondan NƏ İSTƏDİ - Üstəlik pul təklifi...

14 Aprel 2026 15:05

Rusiyada baş verən maraqlı hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, sifarişi çatdırmaq üçün ünvanına gələn kuryer gözlənilməz təkliflə qarşılaşıb. Müştəri sifarişi qəbul etdikdən sonra ondan iki böyük zibil torbasını yaxınlıqdakı konteynerə atmasını xahiş edib və bunun müqabilində 1000 rubl (təxminən 13 dollar) ödəməyi təklif edib.

Kuryerin paylaşımına görə, qadın "Bu iki zibil torbasını aşağı apara bilərsən?" deyə müraciət edib və daha sonra ona pul uzadıb. Gözlənilməz təklif qarşısında təəccüblənən kuryer vəziyyəti sosial şəbəkədə paylaşıb.

Hadisə izləyicilər arasında maraqla qarşılanıb. Bir çox istifadəçi bu məbləğin qısa məsafəli bir iş üçün kifayət qədər yüksək olduğunu qeyd edib və vəziyyəti "günün ən qeyri-adi bonusu" kimi şərh edib.

Qısa zamanda viral olan görüntülər sosial mediada müxtəlif reaksiyalar doğurub.

Milli.Az