Mehriban Xanlarova hal-hazırda nə işlə məşğuldur?

14 Aprel 2026 13:57

Əməkdar artist Mehriban Xanlarova uzun müddət sonra açıqlama verib.

Milli.Az xəbər verir ki, Axşam.az-a danışan aktrisa hazırda heç bir yerdə çalışmadığını deyib.

O bildirib ki, başı problemlərinin həllinə qarışıb:

"Televiziyadan öz istəyimlə uzaqlaşdım. Zəng gəlir, amma bir müddət ara vermək istədim. Daha böyük problemlərlə məşğulam".

Teatrdan uzaqlaşan aktrisa fəaliyyətini yenidən bərpa etmək istəyini gizlətməyib:

"Hələ düşünmürəm, amma istəyirəm. Aktrisa teatrsız qala bilməz. Yenidən AzDrama-da çalışmaq istəyirəm. Başqa teatra gedə bilmərəm. Darıxmıram desəm, yalan olar. Mən teatr, ən çox da tamaşaçı alqışı üçün darıxıram. Hazırda heç bir yerdə çalışmıram, serial, film çəkilişi də yoxdur".

Milli.Az