Xəbər verdiyimiz kimi, bu gün Füzuli rayonu ərazisində faciəvi hadisə baş verib.
Minatəmizləmə Agentliyinin 31 yaşlı əməkdaşı mina partlaması nəticəsində həlak olub.
Milli.Az Yeni Sabah-a istinadən xəbər verir ki, həyatını itirən Mətili Muğan Rəfayıl oğlu 1995-ci ildə rayonun Bala Bəhmənli kəndində anadan olub. Hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baş verib.
Muğan Mətili evli olub, iki uşaq atası idi. O eyni zamanda musiqiçi idi, uzun müddət rayonun Mədəniyyət Mərkəzində qarmon müəllimi olub.
O, doğulduğu kəndin qəbristanlığında dəfn olunacaq.
Milli.Az