"Yeşilçam"ın ulduzu Kadir İnanır uzun aradan sonra görüntülənib.
Milli.Az xəbər verir ki, Yeşilçamın sevilən simalarından biri olan Kadir İnanır uzun müddətdən sonra ictimaiyyət qarşısına çıxıb.
Məlumata görə, beynində yaranan qan laxtalanması səbəbindən uzun müddət müalicə alan 76 yaşlı sənətçi ötən axşam yaxın dostları ilə görüşüb.
Aktyorun uzun müddətdən sonra əlil arabasından qalxaraq ayaq üstə dayana bilməsi diqqət çəkib.
Qeyd edək ki, "Selvi Boylum Al Yazmalım", "Tatar Ramazan" və "Dila Hanım" kimi məşhur layihələrdə rol alan aktyor bir müddətdir səhhətində yaranan problemlər səbəbindən müalicə alırdı.
Milli.Az