Kılıçdaroğluna həbs cəzası verildi - SƏBƏB

14 Aprel 2026 14:27

CHP-nin keçmiş lideri Kamal Kılıçdaroğlu prezident Ərdoğana qarşı verdiyi açıqlamaya görə 11 ay 20 gün həbs cəzasına məhkum edilib.

Milli.Az xəbər verir ki, Mersin 3-cü Cinayət Məhkəməsi CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunu Mersində keçirilən mitinqdə etdiyi çıxışda prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə 11 ay 20 gün həbs cəzasına məhkum edib.

Milli.Az