Müğənni Sevda Əliqızı ikinci fəaliyyəti ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi şirniyyat biznesi ilə məşğul olduğunu açıqlayıb. O bildirib ki, bu sahəyə marağı uşaqlıq illərindən başlayıb.
İfaçının sözlərinə görə, bişirməyə olan sevgisi onu bu istiqamətdə fəaliyyət göstərməyə sövq edib:
"İlk dəfə 7 yaşımda yemək bişirmişəm. Mətbəxi çox sevirəm, evdə olsam mütləq nəsə hazırlayıram".
Sevda Əliqızı əlavə edib ki, pandemiya dövründə bu işi daha ciddi şəkildə davam etdirərək sifarişlər qəbul etməyə başlayıb və bundan gəlir əldə edib. O qeyd edib ki, bu il sifarişləri azaltmaq istəsə də, yaxınlarının təkidi ilə xüsusilə Novruz bayramı ərəfəsində müəyyən sifarişlər götürüb.
"Mən əslində bu il sifariş qəbul etmək istəmirdim. Amma həkim dostlarımın xahişi ilə Novruzda sifarişlər götürdüm", - deyə müğənni bildirib.
Sənətçinin bu açıqlaması izləyicilər tərəfindən maraqla qarşılanıb və onun ikinci biznesi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Musa
Milli.Az