Məktəbə silahlı hücumun görüntüləri yayıldı - ANBAAN VİDEO

14 Aprel 2026 13:30

Xəbər verdiyimiz kimi, Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində silahlı hücum baş verib.

Milli.Az xəbər verir ki, məktəbə daxil olan şəxs təsadüfi atəş açaraq çaxnaşmaya səbəb olub.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı polis, təcili tibbi yardım və xüsusi əməliyyat qrupları cəlb edilib. Təhlükəsizlik qüvvələri məktəbdə geniş təhlükəsizlik tədbirləri həyata keçirib, şagirdlərin böyük hissəsi təxliyə olunub.

Hücum nəticəsində 18 nəfər yaralanıb. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya yerləşdirilib.

Hadisə anları yaxınlıqdakı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı genişmiqyaslı araşdırma aparılır.

Fidan
Milli.Az